Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Sərhəd Xidmətində narkotikaya qarşı mübarizənin güclənməsi qaçaqmalçılığı azaldır


Əfqanıstandan Avropaya gedən əsas narkotik daşınması yolu üzərində yerləşən Azərbaycan tez-tez tranzit ölkə kimi istifadə olunur. Azərbaycanın sərhədlərinin bir hissəsinə nəzarət edə bilməməyi narkotik tranzitini asanlaşdırır.

ABŞ Dövlət Departamentinin "Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası" hesabatında belə deyilir.

Hesabatda Azərbaycanın nəyə görə torpaqlarının bir hissəsinə nəzarət etmədiyi haqda məlumat yoxdur, sadəcə olaraq bunun narkotik tranzitinin bir səbəbi olması bildirlir.

NARKOTIKLƏRLƏ MÜBARIZƏNIN SƏVIYYƏSI...

Konqresə təqdim edilən bu hesabata görə, son 10 il ərzində Azərbaycan ərazisində tutulan narkotiklərin həcmi, eləcə də narkotiklərlə bağlı cinayətlərin sayı artıb.

Azərbaycanın Daxili İşlər Nazirliyi narkotika alveri ilə mübarizəni ölkənin içində aparır. Beynəlxalq qacaqmalçılığa qarşı Milli Təhlükəsizlik Nazirliyi fəaliyyət göstərir. Bu proseslərdə Dövlət Sərhəd və Gömrük xidmətləri də önəmli rol oynayır.

ABŞ Dövlət Departamenti ötən il Azərbaycana narkotiklərlə mübarizə işinin təşkili üçün 1 milyon 226 min, Ermənistana 2 milyon 824 min, Gürcüstana isə 4 milyon dolar yardım edib.

Hesabata görə Azərbaycanda narkotiklərlə mübarizə sahəsində qanunvericilik bir çox beynəlxalq aktlara uyğundur. Azərbaycanın keçmiş MDB ölkələri arasında beynəlxalq konvensiya və aktlara qoşulan ilk ölkələrdən olduğu da vurğulanır.

GƏTIRILƏN NARKOTIKLƏRIN SAYI AZALIR

Dövlət Departamenti bildirir ki, ötən il Azərbaycana gətirilən narkotik vasitələrin həcmi azalıb. Bunun da səbəbi Azərbaycanın sərhəd xidmətində mübarizə tədbirlərinin gücləndirilməsi və ABŞ İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi Xidməti ilə əməkdaşlıq nəticəsində aparılan islahatlardır.

hesabata əsaəsn 2011-ci ildə Qafqaza ümumilikdə 11 ton heroin keçirilib ki, bunun da 4 tona yaxını region ölkələrinin özündə istifadə olnunb. 7 ton heroin isə Avropa istiqamətində tranzit olunub.

Əfqanıstandan Azərbaycana gətirilən əsas narkotik maddə tiryəkdir. Bu maddə Azərbaycana 3 yolla gətirilir. Orta Asiyadan Xəzər dənizi vasitəsilə, İran sərhəddindən cənub regionlarına keşirilməklə və işğal olunmuş ərazilərdən istifadə edilməklə.

Azərbaycan hökuməti öz nəzarətindəki sərhədlərdə narkotik idxalını azaltmağa nail olsa da, nəzarət edə bilmədiyi regionun əsas narkotik axını ordan baş verir.

Azərbaycanın özündə isə əsasən marixuana becərilir. Bu da çox kiçik miqdarlarda olub, əsasən regional tələbatda istifadə edilir.

TƏLƏBAT DA AZALIB

Rısmi statiskaya görə, Azərbaycanda narkotiklərdən istifadə edənlərin azalır. 2004-cü ildə 15-64 yaş arası şəxslərin 0.3 faizi tiryək istifadə edirdisə, 2008-ci ildə bu faiz 0.2 %-ə düşüb. Və azalmaqda davam edir.

2008-ci ildə 15-64 yaş arası əhalinin 3.5 faizinin marixuanadan istifadə elədiyi bildirilir.

QHT-lərin rəqəmlərinə görə, Azərbaycanda 26 minə yaxın narkotikaya aludə olan insan var. Onların 1/5-i 29 yaşına qədər olanlardır.

Hökumət son illərdə narkotiklərə qarşı mübarizə təbliğatını əsasən ali məktəblərdə aparır.

KORRUPSIYA

Dövlət Departamenti hesabatında korrupsiyaya xüsusi yer verir. Bildirir ki, rəsmən Azərbaycanda narkotiklərin istehsalı, yayılması və satılması qadağan olsa da, hökumət və hüquq-mühafizə orqanlarındakı yüksək korrupsiya bu tədbirlərin səmərəsini azaldır.

Ancaq 2011-ci ildə Dövlət Departamenti bu sahədə korrupsiyaya nəzarət etmək üçün Bakıya xüsusi müşavir göndərib və ümid edir ki, bunun korrupsiyanın azalmasına yardımı dəyəcək.


HESABATIN GƏLDİYİ NƏTICƏ

Azərbaycanın əsas tiryək istehsalçısı Əfqanıstana yaxın olması, İranla uzun sərhədləri və işğal olunmuş ərazilərə nəzarət edə bilməməyi bu ölkəni narkotik qaçaqmalçıları üçün hələ də ən cəlbeecici ölkə kimi saxlayır.

Ancaq hesabatda Azərbaycan hökumətinin müxtəlif beynəlxalq proqramlarda iştirak etməklə sərhədlərə nəzarəti gücləndirməyə çalışması da təqdir edilir.
XS
SM
MD
LG