Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:03

Štefan Füle: «Rəsmilər tövsiyələri qəbul edir, ancaq...»


Štefan Füle
Štefan Füle
-
«Qarşıdan gələn prezident seçkiləri Azərbaycan üçün sınaq və demokratiya ili olacaq».

Bunu Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle deyir. Komissar prezident seçkilərinin beynəlxalq öhdəliklərə uyğun keçirilməsinə çağırır:

«Təkcə səssayma prosesinin sərbəst monitorinqi deyil, azad və ədalətli kampaniya da bura daxil olmalıdır. Bu seçkilər fikirlərin açıq mübadiləsi üçün bir platformaya çevrilməlidir».

TƏHSİL İMKANLARI

Cənab Füle Azərbaycan Diplomatik Akademiyasındakı çıxışında Azərbaycanın Avropa ilə əməkdaşlığının strateji xarakter daşıdığını diqqətə yetirib. Komissar viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqların yekun mərhələyə qədəm qoymasına sevindiyini bildirib.

Füle iki tərəf arasında münasibətlərin qarşılıqlı sayqı və ortaq maraqlara dayandığını, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, enerji, təhsil və mədəni sahələrdə işbirliyini əhatə etdiyini söyləyib.

Təhsil sahəsində əməkdaşlığa toxunan komissar tələbələri AB-nin Azərbaycandakı proqramları çərçivəsində təhsil imkanlarından fəal yararlanmağa çağırıb.

Štefan Füle deyir ki, Prezident İlham Əliyevlə, rəsmilərlə səmimi görüşləri olub. Bu görüşlərdə «Şərq Tərəfdaşlığı» çərçivəsində münasibətlərin genişləndirilməsi müzakirə olunub.

ENERJİDƏN ƏLAVƏ...

Mətbuat konfransında o, qarşılıqlı əməkdaşlığın insan haqlarının qorunmasına və demokratik dəyərlərə söykəndiyini vurğulayıb:

«Bizdən ötrü enerjidən başqa insan haqlarına hörmət və demokratik prinsiplər mühüm sayılır. Bu məsələlər əməkdaşlığımızın əsasını təşkil edir. Seçki prosesləri, insan haqlarının qorunması, məhkəmələrin müstəqilliyinə dair islahatlar yönündə cəhdlər davam etməlidir».

Štefan Füle son aylar fəalların həbsi barədə məlumatlı olduğunu və bundan narahatlığını dilə gətirib. Avropa komissarı vətəndaşların hüquq və azadlıqlarının pozulması faktlarından da narahatdır. O, belə faktların get-gedə çoxalmasını mənfi hal saydığını bildirib.

ƏMƏL GÖRÜNMÜR

Komissar AzadlıqRadiosunun «Rəsmilərlə görüşlərdən təəssüratınız necədir? Son Tərəqqi hesabatındı göstərilmiş tövsiyələrin, xüsusən seçki islahatlarının aparılmasında əməkdaşlığı necə qiymətləndirirsiniz?» sualını belə cavablandırıb:

«Martda yaydığımız Tərəqqi Hesabatında tövsiyələri çox aydın şəkildə göstərmişik. Bəzi sahələrdə irəliləyiş olduğunu, bəzilərində öhdəliklərdən geri çəkilməmək üçün daha çox işə ehtiyac duyulduğunu vurğulamışıq.
Parlament seçkiləri - 7 noyabr 2010
Parlament seçkiləri - 7 noyabr 2010
Seçki məsələsinə gəlincə, ATƏT-DTİHB-nin tövsiyələrinin yerinə yetirilməsi yönündə elə də ciddi cəhdlər görmürük. Son parlament seçkilərinin nəticələrindən sonra verilən tövsiyələrdə seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı, şikayətlərin araşdırılması yönündə xeyli işin görülməli olduğu vurğulanmışdı. Rəsmilərin qaldırılan məsələlərlə razılaşdığını görürəm, ancaq bu, əməldə, qanunvericilikdə, onların yerinə yetirilməsində də özünü göstərməlidir».

Ölkədə medianın durumuna gəlincə, cənab Füle deyib ki, Azərbaycanda azad və müstəqil mediasının olması üçün çox iş görülməlidir.

GÖMRÜK MƏSƏLƏLƏRİ

Štefan Füle-nin dediyinə görə, Avropa Birliyi Azərbaycanın AB və Gömrük İttifaqı ilə əməkdaşlığında heç bir ziddiyyət görmür:

«MDB ölkələrinin AB və Gömrük İttifaqı ilə əməkdaşlıq etməsi onların Moskva və Brüssellə münasibətlər arasında seçim etməsi demək deyil. Biz Azərbaycanın Gömrük İttifaqı və Avropa Birliyi ilə əməkdaşlığını görmək istəyirik. Burada heç bir ziddiyyət yoxdur. Lakin Avropa Birliyinin Gömrük İttifaqına daxil olan ölkələrlə əməkdaşlığı müəyyən tənzimləyici çərçivələrin yaradılmasını tələb edə bilər. Ancaq bir məsələ də var: Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir. O zaman ölkə ticarət məsələləri ilə bağlı müstəqil danışıqlar apara bilməyəcək».

Avropa komissarı Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib:

«Avropa Birliyi tərəflər arasında etimadın yaradılmasına tərəfdardır».
XS
SM
MD
LG