Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:23

Prezidentin çıxışı rayon apteklərində qiymətlərə ciddi təsir etməyib


Lənkəran şəhərində olan aptek
Lənkəran şəhərində olan aptek

.
Azərbaycanda manatın ucuzlaşmasından sonra dərmanların qiymətində kəskin bahalaşma müşahidə edilirdi. Bu proses paytaxtda tədricən aradan qalxsa da, rayonlardakı apteklərdə vəziyyət dəyişməyib. Dərmanların qiyməti Bakıya nisbətən yüksəkdir .

Yerli mütəxəssislərin fikrincə, ölkə başçısının dərmanların satışı və qiymətləri ilə bağlı verdiyi göstərişlərə rayonlarda hələ ki, həll olunmamış qalır. Lənkərandakı apteklərin qarşısında sakinlərlə elədiymiz söhbətlərdə bir daha bunu üzə çıxartdı.

İnsan həyatı ilə al-ver

Səkinə adlı bir xəstənin sözlərinə görə, təkcə Lənkəran şəhərində 30-dan çox aptek var. Bu apteklərin hər biri dərmanları istədikləri qiymətə satırlar:

“İnsanların həyatları ilə alver edirlər.

Məndə tənəffüs yolları xəstədir, xronikidir. Hər ay pensiyamın yarıdan çoxunu dərmanlara verirəm. Sovet dövründə dərmanlar çox ucuz idi. Dərman bu qədər baha olarmı? İnsanların həyatı ilə alver edirlər. İnsafsızlıqdır.”

Lənkəranda “Avromed”, ”Loğman”, ”Riyad Farm” şirkətlərinin dərman bazaları var. Nəqliyyat vasitələri ilə qonşu rayonlara bu şirkətlər dərman paylayır. Qiyməti 50 manatdan yuxarı olan dərmanlar apteklərə sifariş əsasında verilir. Həmçinin apteklərə nisyə dərman verməmək barədə də xəbərdarlıq ediblər.

Aptekdə süpürgəçi dərman satır...

Astarda isə ondan çox aptek fəaliyyət göstərir. Bu apteklərin bir neçəsi şəxsi mülkiyyətdir. Qalanlarının isə dövlətə məxsus olduğu bildirilir. Adının çəkilməsini istəməyən bir aptek işçisinin dediyinə görə, yerli sakinlər ən çox antibiotiklər alırlar. Onun iddiasına görə, elə aptek var ki, orada süpürgəçi dərman satır.

O həmçinin qeyd edir ki, firmaların işçiləri ilə həkimlər arsında xüsusi əlaqələr var.

Kəndlərdə saxta dərman sexləri...

Elçin İbrahimli
Elçin İbrahimli

Lənkəran rayonunun Siyavər və Xolmili kəndlərində saxta dərmanlar istehsal edən sexlər olub. Sexlər aşkarlanaraq bu işlə məşğul olanlar cəzalarına çatsalar da, hələ də saxta dərmanla məşğul olanların olduğu ehtimal edilir.

Astara şəhər sakni Elçin İbrahimli bütün bu neqativ halların baş verməsini dərmanların bahalığı ilə izah edir:

On qat baha dərmanlar...

“Dərmanı biznesə çevirməzlər. Qonşu İranla müqayisədə, bizdə dərmanlar bir neçə dəfə bahadır. Qara ciyər üçün iynə var. Bizdə 10 ədəd iynə 100 manata qədərdir. İranda bunun qiyməti 10-15 manatdır. Yaxın adamın üçün burada dərmanlar almışdım, 200 manatdan çox pul getdi. Halbu ki, eyni reseptlə həmin dərmanların qiyməti İranda 40-50 manat edir. Ona görə də camaat dərmanlarını İrandan gətirir. Monopolistlər onu da qoymur.”

İqtisadçı Əlipənah Rzalı deyir ki, xəstəsi olanlar ailə büdcəsinin böyük bir hissəsini dərmanlara sərf etməli olurlar. Buna görə də kasıblar yaxşı müalicə oluna bilmirlər. Xəstəxanalar sözdə pulsuz olasalar da həkimlər pul alırlar. O dərmanların baha olmasının məsuliyyətini hökumət orqanlarında görür:

“Səhiyyə Nazirliyi satış və istehlak prosesinə nəzarət etmək səlahiyyətində deyil.

Səhiyyə Nazirlyinin müəyyən etdyi tenderdə qalib olan şirkətlər xaricdən dərman gətirə bilirlər. Dərmanı isə Analitik Ekspertiza Mərkəzi yoxlayır. Səhiyyə nazirliyi çox yaxşı bilir ki, xaricdən hansı dərman, hansı qiymətə alınıb. Mərkəz də dərmanın tərkbini bilir. Özləri cavbdehlik daşyırlar. Bu vəziyyəti özləri yaradıblar.”

Səhiyyə Nazirlyinin sözcüsü Anar Qədirli mətbuata bildirb ki, nazirlik bu məslələrə baxmır: "Səhiyyə Nazirliyi satış və istehlak prosesinə nəzarət etmək səlahiyyətində deyil.”

Rayonlarda dərmanların satşı mərkəzlərinin və apteklərin işinə nəzarət edən, cavbdehlik daşıyan orqan isə yoxdur.

Prezident İlham Əliyev də son müşavirədə dərmanların qiyməti məsələsini yenidən gündəliyə gətirmişdi.

XS
SM
MD
LG