Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:54

Xaricdə təhsil proqramı dayandırıldı


İllüstrasiya
İllüstrasiya

►Nazir: Xaricə PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək

“Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır. Proqramın yeni formatı hazırlanacaq ”.

Rusiyada səfərdə olan təhsil naziri Mikayıl Cabbarov belə deyib.

APA-nın xəbərinə görə, nazir qeyd edib ki, yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.

Mikayıl Cabbarov xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur.

“Bu sahədə qanunvericilikdə dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək. Yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir” - deyən nazir Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaşın təhsil aldığını, onların yarısından çoxunun Çindən gəldiyini söyləyib.

Bunlara da bax: Manchester Universitetində təhsil alan azərbaycanlı...

Azərbaycan nağılı - "Kimi Allah saxlasa, o məhv olmaz"

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

XS
SM
MD
LG