Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:35

Banklar nə vaxt birləşəcək?


►Hələlik, birləşmə deyil, yarıtmaz yönəldilən bankların bağlanması diqqət çəkir

Devalvasiyanın bank-maliyyə sektoruna sarsıdıcı zərbəsindən sonra yenə bankların birləşməsi məsələsinə diqqət yönəlib. Hələlik, bu yox, pis idarə olunan bankların Mərkəzi Bank tərəfindən ləğvi gözə çarpır. Amma bir sual aktuallığını qoruyur: Görəsən, problemli banklar birləşməklə durumu çözə bilərmi?

Sonuncu birləşmə 2000-ci ilin əvvəllərində olub

Bankların birləşməsi son dəfə 2000-ci illərin əvvəlinə təsadüf edir. O vaxtdan bəri ölkədə yeni banklar da yaranıb, işini bitirən də. İndi bu prosesin ölü nöqtədən qalxması üçün əsas məsələ - birləşmənin prinsip və meyarlarıdır. Başqa sözlə, nisbətən "yaxşı", yəni aktivlərini səmərəli yönəldən və mənfəətlə işləyən banklarmı birləşsin, yoxsa kiçik və idarəetməsində problemlərlə üzləşən?

Məsələnin burası da var ki, birləşmə mövzusundan söz açılsa da, bank bosslarının danışıqlar masası arxasında oturmalarına dair hər hansı məlumat yoxdur.

Ekspertlərin bu məsələdə mövqeyi bir aspektdən uzlaşır: Bankların birləşməsi səhmdar kapitalının artmasına yol açdığından, onların maliyyə dayanıqlığı da möhkəmlənəcək. (Ardı aşağıda)

Bakıda dollar növbələri...
Gözlə

No media source currently available

0:00 0:12:20 0:00

Buna da bax: Dollar əmanətləri üçün faizlər kəskin salındı

“İri bankların xırda bankları "udması" yox...”

İqtisadçı ekspert Samir Əliyev AzadlıqRadiosuna deyib ki, Azərbaycanın bank sektorunda təmərküzləşmə səviyyəsi 55-60% civarındadır. Yəni lisenziyası olan 41 bankdan 5-nin bazar payı bu səviyyədədir. Təkcə Azərbaycan Beynəlxalq Bankı aktivlərin təxminən 1/3-nə nəzarət edir:

“Ona görə birləşmədə iri bankların xırda bankları "udması" yox, orta səviyyəli bankların bir-birinə birləşməsi əsas prinsip sayılsa, daha uyğun olar”.

Samir Əliyev güman edir ki, həmin prinsipin əsas götürülməsi bank sektorunda həm inhisarlaşmanı zəiflədər, həm də yeni güc mərkəzlərinin yaranmasıa gətirib çıxarar.

Buna da bax: Taxta bazarı devalvasiyadan sonra

“İki “pis” bankın birləşməsi daha çətindir”

Ekspert bankların birləşməsinə asan məsələ kimi baxmamağı tövsiyə edir: “Xüsusən iki "pis" bankın birləşməsi daha çətindir. Orta səviyyəli “normal” bankın orta səviyyəli “pis” bankı alması xilas yolu sayıla bilər. Di gəl, bu məsələdə dövlətin dəstəyi vacibdir”.

Maliyyəçi Ramin Bayramov istər ortaölçülü bankla kiçik bankın, istərsə iki deyil, bir neçə kiçik kapitala malik bankın bir çatı altında birləşməsini və “nəhənglərlə” rəqabətə girməsini ağlabatan sayır. Bütün hallarda son söz bank səhmdarlarınındır.

Ekspertlər 20-25 bankı yetərli sayırlar

Birləşmələr başlarsa, hansı məqamadək davam etməlidir? Azərbaycan üçün optimal bank sayı nə qədər ola bilər? Ramin Bayramov AzadlıqRadiosuna deyir ki, Qazaxıstanda - 38, Latviyada - 24, Gürcüstanda - 21 bank fəaliyyət göstərir. Azərbaycan isə MDB məkanında Rusiya və Ukraynadan sonra bank sayına görə 3-cü yerdədir.

Ekspertlər nəzarət və fəaliyyətin səmərəliliyi baxımından Azərbaycana 20-25 yerli bankı yetərli sayırlar. Daha sonra bir neçə bankın da ləğvini gözləmək olar.

Bank of Azerbaijanda 30 min çox olan əmanətlər batır...
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

XS
SM
MD
LG