Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

'Mossad' İran daxilində əməliyyat keçirdiyini deyir


İran İslam İnqilab Keşikçiləri Korpusu
İran İslam İnqilab Keşikçiləri Korpusu

İsrailin Mossad kəşfiyyat qurumunun agentləri İranda əməliyyat keçirdiklərini iddia edirlər. Məlumata görə, məqsəd Kiprdə İranın israillilərə hücum planına başçılıq etmiş şübhəli lideri tutmaq olub.

Mossad-ın iyunun 29-da yaydığı bəyanatda şübhəlinin adı Yusif Şahbazi Abbasəlili göstərilir. İddia olunur ki, o, “İran İslam İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəlilərindən detallı təlimatlar və silahlar alıb”.

Rəhbərin İİKK-nın aparıcı lideri olduğu deyilir

Kəşfiyyat agentliyi şübhəlinin dindirildiyi bildirilən video yayıb.

Farsca Azərbaycan ləhcəsiylə danışan həmin şəxs videoda deyir ki, rəhbəri ona Kiprdə İsrail və yəhudi hədəflərini müəyyənləşdirərək onlara hücum etmək göstərişi verib. Mossad həmin rəhbərin İİKK-nın aparıcı lideri olduğunu bildirir.

Şübhəlinin sözlərinə görə, hədəfi nəzarətə götürüb, həmin şəxsin Kiprdəki evinin fotolarını çəkib. Ancaq polisin onun izinə düşdüyü xəbərini alan kimi adadan gedib, İrana qayıdıb.

Şübhəli əməliyyat zamanı iranlılar, pakistanlılar, kiprlilərlə birlikdə işlədiyini deyib.

Videodan şübhəlinin təzyiq altında danışıb-danışmadığı aydın olmur.

Mossad əməliyyatın nə vaxt keçirildiyini, Kiprdə planlaşdırıldığı iddia olunan hücumun detallarını açıqlamır.

Şübhəlinin Şimali Kiprdə işlədiyi bildirilir

İsrail rəsmilərinin sözlərinə görə, şübhəli yalnız Türkiyənin tanıdığı Şimali Kipdə fəaliyyət göstərib.

İran bu məlumatı şərh etməyib.

Aİ üzvü Kipr də İsrailin bəyanatlarına münasibət açıqlamayıb. Ancaq yüksək rütbəli rəsmi jurnalistlərə deyib ki, blok üzvü ərazisində hər hansı terrorçu hərəkətlərə dözməyəcək.

İranla İsrail qatı düşməndirlər, Tehran yəhudi dövlətini məhv edəcəyini deyir.

Birləşmiş Ştatlar və digər Qərb ölkələri İranı regionda ekstremist fəaliyyəti dəstəkləməkdə suçlayır. Tehran isə ittihamları rədd edir.

XS
SM
MD
LG