Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:02

Bayden administrasiyası Konqresi həm Ukrayna, həm də İsrailə yardımı təsdiqləməyə çağırır


ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Senatda dinləmələr zamanı
ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Senatda dinləmələr zamanı

ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) və dövlət katibi Antoni Blinken (Antony Blinken) Konqresi İsrailə və Ukraynaya dərhal yardım göndərməyə çağırıb. Bayden administrasiyasının aparıcı rəsmilərinin arqumentinə görə, ABŞ konqresmenlərinin yardıma geniş dəstəyi dünyadakı rəqiblərə gücün siqnalını göstərərdi.

Ostin və Blinken oktyabrın 31-də Senatın büdcə komitəsində ifadə veriblər. Konqres prezident Co Baydenin (Joe Biden) Ukrayna və İsrailə yardım, eləcə də ABŞ-ın sərhəd təhlükəsizliyi üçün 105 milyard dollar ayrılması xahişini nəzərdən keçirir.

Blinken və Ostin komitə üzvlərinə xəbərdarlıq ediblər ki, Ukraynaya Rusiya ilə müharibədə, İsrailə isə HƏMAS-a cavab zərbələrində kömək etməməyin nəticələri ağır olar.

ABŞ liderliyi əldən versə...

"Zəmanət verə bilərəm ki, bizim dəstəyimiz olmasa, Rusiya prezidenti Vladimir Putin uğur qazanacaq", – deyən Ostin əlavə edib ki, Birləşmiş Ştatlar liderliyi əldən versə, bunun bədəli və onun özünə təhdidlər yalnız artacaq.

"Dostlarımıza, rəqiblərimizə, düşmənlərimizə Amerikanın əzminə şübhə etməyə heç bir əsas verməməliyik", – Ostin vurğulayıb.

Blinken də qeyd edib ki, hərəkətsizlik ABŞ və dünyanın qalan hissəsinin təhlükəsizliyinə hədə yaradar.

"Düşmənlərimiz və rəqiblərimiz strategiyalarımızın işlədiyini eyni cür dərk edirlər və işimizi pozmaq üçün hər şeyi etməkdədirlər. İndi elə bir məqamdayıq ki, çoxları yenə də Birləşmiş Ştatların aşırı daxili parçalanma və fikrinin yayınması ucbatından kursu saxlaya bilməyəcəyi ilə bağlı bəhsə girirlər", – Blinken vurğulayıb.

Bayden İsrailə 14.3 milyard, Ukraynaya 61.4 milyard dollarlıq yardım istəyib. Pulun qalanı Qəzzaya və digər yerlərə humanitar yardıma, ABŞ-ın sərhədinin qorunmasına xərclənəcək.

Senatda Baydenin xahişini hər iki partiya dəstəkləyir, amma Nümayəndələr Palatasında problemlər var, respublikaçılar yalnız İsrailə yardım ayrılmasına fokuslanmağa çalışırlar.

İki münaqişənin bağlılığı

Amma Blinken və Ostin deyiblər ki, bu yardım birlikdə ayrılmalıdır, çünki münaqişələr də bir-birinə bağlıdır. Blinkenin sözlərinə görə, Ukrayna və İsrailə yardım ABŞ-ın HƏMAS-ın maliyyə yardımçısı İrana qarşı mövqeyini gücləndirər.

Ostin deyib ki, bu pul İsrail və Ukraynanın təcavüzə qarşı özlərinə müdafiə etməsinə kömək göstərər. Ukrayna üçün nəzərdə tutulan 61.4 milyard dolların yarısı Birləşmiş Ştatlarda Kiyevə daha öncəki yardımlar nəticəsində seyrəlmiş silah ehtiyatlarının doldurulmasına xərclənəcək.

Ancaq Blinken və Ostinin çıxışları dəfələrlə etirazçılar tərəfindən kəsilib. Onlar İsraili Qəzza zolağının bombalanmasını dayandırmağa, dərhal atəşkəsə çağırıblar.

Etirazçılar zaldan çıxarılandan sonra Blinken deyib ki, o, "bu otaqda və ondan kənarda İsrailə yardımla bağlı coşqunu eşidib".

Onun sözlərinə görə, ABŞ mülkilərin həyatını qorumağa sadiqdir, "amma hamımız bilirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımızın təhlükəsizliyinə, onların demokratiyalarına təhdid yarananda onların yanında durmalıyıq".

HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu nəticəsində, əsasən, dinc sakinlər olmaqla azı 1400 nəfər öldürülüb. İsrailin bu hücuma cavab olaraq başlatdığı zərbələrdə ölənlərin sayı isə 8 minə yaxınlaşır.

XS
SM
MD
LG