Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:42

‘Ruhlar şəhəri’ Vovçansk. ‘Dilənçi kimi dolaşırıq’


Ukraynalı hərbçi Vovçanskda plakatı cırır, 13 sentyabr, 2022-ci il
Ukraynalı hərbçi Vovçanskda plakatı cırır, 13 sentyabr, 2022-ci il

Ukraynanın şimalındakı Xarkov bölgəsinin çox hissəsi kimi Rusiya sərhədindən 4 kilometr aralıda yerləşən Vovçansk şəhəri də Rusiyanın hücumunun ilk saatlarında işğal olunmuşdu. Şəhər sentyabrda Ukrayna ordusunun əkshücumu sayəsində azad edilib.

Şəhərdə qalan az sayda sakindən biri olan 84 yaşlı Viktor Bondarenko çox adamın buranı tərk etdiyini deyir: "Çoxu düşünür ki, burada yenə döyüşlər olacaq. İnsanlar qorxdular, ancaq məncə, onlar qalmalı idilər”.

Döyüş az olub, amma...

İşğaldan əvvəl 18 min əhalisi olan Vovçansk aylarla işğal altında qalıb. Həm ukraynalılar, həm də ruslar şəhəri, demək olar, müqavimətsiz tərk etdiyindən burada çox döyüş olmayıb. Ancaq şəhər hələ də Rusiya artilleriyasının bombardmanına məruz qalır.

Ukraynalı əsgərlər rusiyalıların hədəfi hesablamağa çox da çalışmadıqlarını deyirlər.

"Rusiya ordusu yalnız əhalini terrorizə etməkdə maraqlıdır. Bu ərazidə heç bir hərbi hədəf yoxdur. Dükanları, uşaq meydançaları və xəstəxanaları dağıtmağın mənası yoxdur. Yeganə məqsəd panika toxumu səpməkdir”, – bir əsgər “Nastoyaşeye Vremya”ya deyir.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Əhali seyrəlir, dükanlar bağlanır

Görünür, davamlı bombalama rusiyalıların gözlədiyi nəticəni verir: Vovçanskda mülki vətəndaşların sayı günü-gündən seyrəlir. Dükan, aptek, kafe və digər bizneslər bağlanır.

Hökumət qurumları və təcili yardım xidmətləri məhv edilib. Bu isə normal həyata qayıdış cəhdlərini çətinləşdirir.

"Administrasiyadan şəhər şurasına qədər hara gedirsiniz gedin, heç yerdə heç kim yoxdur. Heç kəsdən heç nə ala bilməzsiniz. Burada tək-tənha darıxıram. Çox çətindir”, – Ukrayna hərbi postuna tərəf gedən Bondarenko deyir.

"İndi ora (posta) gedirəm ki, bir az qızınım. Bilirsiniz, 84 yaşım var. 10 gündür ki, qazım yoxdur. Evimin içi çöl qədər soyuqdur… Elektrik də yoxdur”, – o deyir.

İki gün səngər qazmağa məcbur ediblər

60 yaşlı Valeri də Vovçanskda qalmağa qərar verib. O deyir ki, Rusiya işğalçı qüvvələri onu öz ordularına cəlb etmək istəyiblər. Onu yalnız yaşını sübut etdikdən sonra buraxıblar. Ancaq dediyinə görə, bundan az sonra onu küçədə tutub iki gün səngər qazmağa məcbur ediblər.

Valeri azı dörd gün heç bir humanitar yardım almayıb. O, bankomatların və dükanların işləməməsindən gileylənir: "Dilənçi kimi dolaşırıq. Hesabımda 18000 hrıvnam (485 dollar) var, ancaq onu götürmək mümkün deyil".

Adını deməyən bir yerli qadın insanların evlərindən çox uzağa getməməyə çalışdığını deyir. Çünki qəfildən daldalanmaq lazım gələ bilər: "Səhər obaşdan evə çörək almağa çıxırsan. Ancaq heç onda da evinə salamat qayıdıb-qayıtmayacağını bilmirsən”.

XS
SM
MD
LG