Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:56

Rusiyada ‘mediaya hücum’. 'Exo Moskvı' fəaliyyətini dayandırdı


Rusiyada Roskomnadzor-un binası
Rusiyada Roskomnadzor-un binası

Roskomnadzor Rusiya boyunca media orqanlarına xəbərdarlıq edib ki, Ukraynaya hücuma “müharibə”, yaxud “işğal” deyil, “Ukraynada xüsusi hərbi əməliyyat” desinlər

ABŞ Dövlət Departamenti Moskvanı “media azadlığı və həqiqətə hərtərəfli hücum”da ittiham edir. Rusiya rəsmiləri Ukraynaya davam edən hücumla bağlı informasiyanı “yanlış istiqamətə yönəltməyə və boğmağa” çalışırlar, bəyanatda deyilir.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı hücuma başlayandan ölkədə bir sıra media orqanları qapadılıb, müharibəyə qarşı çıxan yüzlərlə insan saxlanıb.

Rusiya xalqının hüququ

“Bu müharibəni Rusiya xalqı deyil, Putin seçib. Onlar hökumətlərinin Ukrayna xalqına yaşatdıqları ölüm, əziyyət və dağıntılardan xəbər tutmaq hüququna malikdirlər. Rusiya xalqı həmçinin bu mənasız müharibənin öz əsgərləri arasında səbəb olduğu itkiləri bilməlidir”, – Dövlət Departamenti bildirib.

Roskomnadzor Rusiya boyunca media orqanlarına xəbərdarlıq edib ki, Ukraynaya hücuma “müharibə”, yaxud “işğal” deyil, “Ukraynada xüsusi hərbi əməliyyat” desinlər.

BMT-nin Baş Məclisi martın 2-də onillərin ilk fövqəladə iclasında Rusiyanın “Ukraynaya təcavüz”ünü pisləyib, qoşunlarını geri çəkməyə çağırıb.

Altı bildiriş

AzadlıqRadiosu-nun Rusiya xidmətinin redaksiyaları martın 2-də Roskomnadzor-dan altı bildiriş alıb. Dövlət qurumu Ukrayna münaqişəsinin işıqlandırılmasına görə xidmətin vebsaytını bloklamaqla hədələyir.

Roskomnadzor bildirib ki, Svoboda.org-un Xarkovun bombalanması, Ukraynaya rəğbət bəsləyən hakerlərin Rusiyada bəzi vebsaytlara hücumu və müharibəyə sosial mediadakı reaksiyalar haqda materialları bloklamaq səlahiyyətindən istifadə edəcək.

Dövlət qurumu bu materialların bilərəkdən saxta informasiya yaydığını, “əhali arasında panika yarada” biləcəyini bildirib.

AzadAvropa/AzadlıqRadiosu ötən həftə Roskomnadzor-un “Current Time” vebsaytını bloklamaq təhdidini rədd etmişdi. Qurum işğal barədə informasiyanı pozmağı tələb edirdi.

“Buna əməl etməyəcəyik”, – AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay deyib və qurumun Ukraynada öldürülən və əsir düşən əsgərlər barədə faktlara əsaslanan xəbərləməsini müdafiə edib.

Rusiya itkilərini açıqladı: 500 ölü, 1600 yaralı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

“Exo Moskvı” fəaliyyətini dayandırır

Rusiyanın aparıcı media orqanlarından olan “Exo Moskvı” radiostansiyasının efiri martın 1-də kəsilib.

Radiostansiya artıq fəaliyyətini dayandırdığını elan edib. Rusiyada az sayda müstəqil media orqanlarından olan “Exo Moskvı” Telegam-da yaydığı bəyanatda radiokanalın və vebsaytının likvidasiya olunduğunu bildirir.

Prokurorluq radiostansiyasının efirdən çıxarılmasını Rusiyanın Ukraynanı işğalı barədə “ekstremist fəaliyyətə, zorakılığa, məqsədli saxta informasiyaya çağırış” tipli informasiya yayması ilə izah edirdi.

"Exo Moskvı" ilk dəfə 1990-cı il avqustun 22-də efirə çıxıb. Ukrayna müharibəsindən öncə radiostansiyasının efiri bir dəfə, 1991-ci ilin QKÇP çevrilişi zamanı kəsilib.

Dojd TV-nin əməkdaşları Rusiyadan gediblər

“Dojd TV” onlayn televiziyasının baş redaktoru Tixon Dzyadko martın 2-də deyib ki, həmkarları televiziyanın vebsaytı bloklanan kimi Rusiyadan gediblər.

Dövlət Departamenti hər iki media orqanının “əsassız” ittiham olunduğunu, hər ikisinin xəbərləri dəqiq çatdırdığını bildirir.

Rusiya hökuməti bir çox rusiyalıların istifadə etdiyi Twitter, Facebook və Instagram “platformalarını sıxışdırır”, departament vurğulayır.

Roskomnadzor digər onlayn platformaları və Golos Ameriki-ni (VOA Russian) də bloklamaqla hədələyir, onlardan Rusiya işğalı haqda xəbərləri silməyi tələb edir.

“Putin və hökumətini Rusiyanın beynəlxalq öhdəliklərinə əməl etməyə, bu qan axıdılmasını dərhal dayandırmağa, qoşunları Ukrayna ərazisindən çıxarmağa, öz vətəndaşlarının insan haqları və fundamental azadlıqlarına hörmət göstərməyə çağırırıq”, – Dövlət Departamenti vurğulayıb.

XS
SM
MD
LG